Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qafqaz İnkişaf Bankı" ASC-nin 7 milyon manat dəyərində adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 manat olan 7 milyon səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.
Səhmlərin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 12,73 faiz artaraq 62 milyon manata çatacaq.
Qeyd edək ki, cari ilin I yarısının yekunu üzrə bankın nizamnamə kapitalı 55 milyon manat, məcmu kapitalı 60,32 milyon manat, aktivləri isə 132,98 milyon manat təşkil edib.