...

Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzi akkreditə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının Elektron Hökumət quruculuğu çərçivəsində həyata keçirdiyi ardıcıl tədbirlər davam etdirilir.

Bankdan Trend-ə verilən məlumata görə, ölkədə bank-müştəri münasibətlərinin elektronlaşması məqsədilə Mərkəzi Bankın yaratdığı Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) qanunvericiliyə uyğun olaraq 2014-cü il oktyabrın 14-də Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə olunub.

BSXM-in akkreditə olunması ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən kommersiya banklarının müştəriləri olan fiziki və hüquqi şəxslərə elektron sertifikat verilməsi ilə elektron bankçılığın inkişafı üçün geniş imkanlar yaranacaq.

Hazırda elektron sertifikatlatın verilməsi üzrə hazırlıq işləri gedir, o cümlədən normativ metodoloji baza hazırlanır, pilot banklar seçilir.

Qeyd olunan bütün məsələlər tənzimləndikdən sonra bank və onların müştərilərinə sertifikatlar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti