...

Deloitte 2-ci NQNK Forumu üzrə Məsləhətçi Partnyor təyin edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2014 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Deloitte Azərbaycan böyük məmnunluq hissi ilə 2-ci ARDNŞ Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) Forumu üzrə Məsləhətçi Partnyor təyin olunduğunu elan edir.

Deloitte-dən Trend-ə verilən məlumata görə, regionun neft və qaz sənayesi üçün əhəmiyyətli tədbir olan ARDNŞ NQNK Forumu 5-6 noyabr tarixlərində Azərbaycan Respublikası, Bakı şəhərində keçiriləcək. NQNK Forumu əməkdaşlığa imkan yaratmaq və NQNK ilə bağlı məsələləri müzakirə etmək məqsədilə dünyanın neft və qaz sənayesi liderlərini, Amerika və Avropanın enerji ekspertlərini, baş maliyyə direktorlarını, eləcə də dövlət səviyyəli rəsmi şəxsləri bir araya gətirəcək.

Deloitte-in birgə sponsorluğu ilə keçirilən Forumda Deloitte MDB-nin Neft və Qaz Sektoru üzrə Rəhbəri Elena Lazko daxil olmaqla qlobal neft-qaz sənayesi üzrə 40-dan artıq aparıcı məruzəçinin iştirakı gözlənilir. Elena xanım tədbirdə Neft və Qaz Sənayesi üzrə Əsas Avadanlıq, Material və Xidmətlər panelini idarə edəcək və daha sonra Deloitte MDB-nin yenicə təyin edilmiş Baş İcraçı Direktoru Ian Colebourne məruzə ilə çıxış edəcək.

Ian Colebourne (İyan Kolborn) bildirmişdir: "Biz inanırıq ki, əməkdaşlığımız ARDNŞ ilə Deloitte arasındakı əlaqələri gücləndirəcək. Əsas imkanlarımızdan və dərin yerli biliklərimizdən istifadə etməklə biz NQNK Forumunun uğuruna yardımçı ola bilərik və təcrübəmizi ARDNŞ və onun partnyorları ilə paylaşmağı səbirsizliklə gözləyirik."

Deloitte adı Böyük Britaniyanın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin, "Deloitte Global") müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.
Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, konsaltinq, maliyyə məsləhəti, vergi, risklərin idarə edilməsi üzrə xidmətlər göstərir. Dünya üzrə 150-dən çox ölkədə və ərazidə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-in regiondakı 210,000-dən artıq peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti