...

Azərbaycanda sığorta vasitəçilərinin "qara siyahı"sı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2014 14:32 (UTC +04:00)
Bu ilin sonunadək Azərbaycanda sığorta vasitəçilərinin "qara siyahı"sı hazırlanacaq.
Azərbaycanda sığorta vasitəçilərinin "qara siyahı"sı hazırlanır

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Azad Həsənli/

Bu ilin sonunadək Azərbaycanda sığorta vasitəçilərinin "qara siyahı"sı hazırlanacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri (ASA) Orxan Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn həftənin sonunadək sığorta şirkətləri öz təkliflərini ASA-nın müvafiq komitələrinə təqdim edəcəklər.

Siyahı müştərilər qarşısında böyük debitor borclara malik olan, qeyri-səhih məlumatlar və s. təqdim edən etibarsız sığorta vasitəçiləri barəsində məlumat vermək məqsədi ilə hazırlanır.

Bayramovun sözlərinə görə, vasitəçinin "qara siyahı"ya daxil edilməsi üçün onun düzgün fəaliyyət göstərmədiyini təsdiq edən konkret sübutlar təqdim etmək lazımdır.

ASA sədrinin qeyd etdiyi kimi, səhlənkar vasitəçilərin lisenziyasının geri alınmasına qədər müvafiq tədbirlərin görülməsi məqsədilə hazırda Maliyyə Nazirliyi ilə danışıqlar aparılır.

Sığorta vasitəçilərinin fəaliyyətinə icazə 3 il müddətinə verilir.

O, həmçinin əlavə edib ki, bunlarla paralel olaraq sığorta şirkətlərinin səhlənkar müştərilər barəsində də analoji siyahısı hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti