...

Əlverişsiz hava şəraiti Bakıda aeroportun işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2015 14:43 (UTC +04:00)
Bakıda havanın pisləşməsi Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.
Əlverişsiz hava şəraiti Bakıda aeroportun işinə təsir etməyib

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Emil İsmayılov/

Bakıda havanın pisləşməsi Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib. Bunu cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı gücləndirilmiş iş rejiminə keçib: "Aeroportun işində heç bir problem müşahidə edilmir, bütün reyslər cədvələ uyğun həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti