...

Azərbaycan BTQ dəmiryolu üçün yeni vaqonlar alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 15:38 (UTC +04:00)
Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu magistralının istismara verilməsi üçün İsveçrənin "Stadler Rail Group" şirkətindən 30 vaqon alacaq.
Azərbaycan BTQ dəmiryolu üçün yeni vaqonlar alacaq

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu magistralının istismara verilməsi üçün İsveçrənin "Stadler Rail Group" şirkətindən 30 vaqon alacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu vaqonlar təkərlərin avtomatik dəyişdirilməsi sistemi (dəmiryol reysləri arasındakı məsafənin enindən asılı olaraq) ilə təchiz edilib.

C.Qurbanov qeyd edib ki, bu vaqonlar digər dəmiryol reysinə keçid zamanı təkərlərin dəyişdirilməsinə uyğunlaşdırılıb: "Yeni vaqonlar Azərbaycana 2015-ci ilin sonunda gətiriləcək".

O, əlavə edib ki, QSC ölkənin bütün vaqon parkının yenilənməsi sahəsində işləri davam etdirəcək: "Biz artıq təqribən 250 yük vaqonu almışıq. Bu vaqonlara xüsusi fərqləndirici işarələr vurulacaq. Bu onların Azərbaycana məxsus olduğunu göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti