...

Azərbaycan bankı kapitalını 10 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2015 11:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Muğanbank" ASC-nin 4,69 milyon manat dəyərindəki adi sənədsiz adlı səhmləri dövlət qeydiyyatına alıb.
Azərbaycan bankı kapitalını 10 faiz artırır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Muğanbank" ASC-nin 4,69 milyon manat dəyərindəki adi sənədsiz adlı səhmlərini dövlət qeydiyyatına alıb.

Trend Komitənin məlumatına istinadən xəbər verir.

Emissiya çərçivəsində "Muğanbank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 200 manat olan 23 471 ədəd adi sənədsiz adlı səhmi buraxılıb.

Səhmlərin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 45,31 milyondan 50 milyon manata kimi artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti