...

Ekspert: Bank faizləri yenə aşağı salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2015 14:10 (UTC +04:00)
Azərbaycanda bank faizlərinin daha da aşağı salınması gözlənilir. Bunu Trend-ə açıqlamasında bank üzrə ekspert Samir Əhmədov deyib.
Ekspert: Bank faizləri yenə aşağı salınacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Elmir Murad/

Azərbaycanda bank faizlərinin daha da aşağı salınması gözlənilir. Bunu Trend-ə açıqlamasında bank üzrə ekspert Samir Əhmədov deyib.

Onun fikirincə, bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faktiki illik faiz dərəcələri mikrokreditlər üzrə 25, istehlak kreditləri üzrə isə 29 faiz səviyyəsinə qədər aşağı salınmasına baxmayaraq bank sektorunda aparılan islahatlar faiz dərəcələrinin yenidən aşağı düşəcəyini göstərir.

Bazar üçün hazırki faizlərin məqbul olduğunu vurğulayan ekspert hesab edir ki, rəqəmlərin aşağı salınması banklara ciddi təsir etməyəcək: "Bankların gəlirləri azalsa da, ancaq çox ziyana düşmürlər, yenə də rentabelli işləyirlər. Həm də istehlakçılar bir növ daha yuxarı faizlərlə kredit götürmürlər, bu, biznes sektorunda inkişafa səbəb olur. Mikrokreditlərin 25 faiz səviyyəsində verilməsi məqbuldur, çünki verilən kreditlər nağdsız kreditlərdir".

Dünya praktikasında bu cür halların olduğunu deyən S.Əhmədov vurğulayıb ki, Azərbaycanda atılan addımlar bank sektorunun və iqtisadiyyatın daha da inkişaf etməsinə gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti