Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
"Xalq Bank" və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında əldə olunan razılığa əsasən müştərilərə banka kredit üçün müraciət etdikdə iş yerindən arayış təqdim etməyə ehtiyac qalmır.
Artıq elektron arayışı www.e-gov.az Elektron Hökumət portalı vasitəsilə "Xalq Bank"ın filiallarında əldə etmək mümkündür. Bu, kreditin rəsmiləşdirilməsi prosesini sürətləndirməyə və vaxta qənaət etməyə imkan verir.
Elektron arayış xidmətinin həm Bank, həm də Banka kredit üçün müraciət edən vətəndaşlar üçün bir sıra üstünlükləri var:
• Banka edilən kredit müraciətlərinin qeydiyyat prosesinin asanlaşması
• Elektron arayışın bankın iş rejimindən asılı olmayaraq, günün istənilən vaxtında banka göndərilməsi imkanı
• Vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi
• Müştərinin çalışdığı müəssisədə rəhbərliyə kredit alma zərurəti haqqında məlumat vermək ehtiyacının olmaması
Qeyd etmək lazımdır ki, e-arayışlar xidmətindən yararlanmaq üçün www.e-gov.az portalında qeydiyyatdan keçmək lazımdır. Elektron hökumət portalında e-arayışı həm onlayn olaraq banka göndərmək, həm də "Xalq Bank"ın istənilən filialında kredit üçün müraciət etdikdə əldə etmək olar. E-arayışların alınması xidməti haqqında ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.