...

"TuranBank" Beynəlxalq Maliyyə Korporasiyasından 3,5 milyon dollar həcmində növbəti kredit tranşı alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2015 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

"TuranBank" Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə 22 dekabr 2014-cü ildə imzaladığı 5 illik və ümumi həcmi 7 milyon ABŞ dolları olan kredit sazişi çərçivəsində 3,5 milyon dollar həcmində sayca ikinci tranşın cəlb edilməsini yekunlaşdırıb.

Bankdan Trend-ə verilən məlumata görə, qeyd olunan maliyyə cəlbetməsi üzrə saziş Bankın IFC ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank 2011-ci ildə də IFC-dən MKOS-un maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 milyon ABŞ dolları həcmində vəsait cəlb etmişdir. Yeni kredit sazişi üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini IFC ilə bir çox layihələrin uğurlu nəticəsi kimi hesab etmək olar. İmzalanmış saziş çərçivəsində cəlb olunan maliyyə resursları Bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın müxtəlif regionlarında MKOS-un inkişafına istiqamətləndiriləcək.

Bank IFC ilə 2009-ci ildən başlayaraq Korporativ İdarəetmə proqramı, daha sonra isə Risklərin İdarəedilməsi və Kiçik və Orta Sahibkarlıq Bankçılığı proqramları çərçivəsində əməkdaşlıq edib. 2011-cu ildə ayrılan kredit xəttinə əlavə olaraq Ticarətin Maliyyələşdirilməsi üzrə Qlobal Proqram məsləhət xidmətləri layihəsi çərçivəsində ticarətlə bağlı əməliyyatların icrasında Banka kömək məqsədilə əməkdaşlara ardıcıl təlimlər keçilmişdir. Bu layihələrin qarşılıqlı maraqlar əsasında icrası Banka, əməkdaşlarının bilik və peşəkarlığını yüksəltməsinə və qeyd olunan sahələrdə fəaliyyətini nəzərəçarpacaq dərəcədə genişləndirməsinə imkan verib.

Respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan Bank özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir. Bank sadalanan sahələrə güzəştli maliyyə vəsaitləri cəlb etmək üçün yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə yanaşı, beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusinessCapital/OPIC, Bank im Bistum Essen, Societte Generale, ECO Bank, Mikrofinanzfonds, Cyrano Management, Sus Bee Finance, BCP, CommerzBank, ZiraatBank, Bank Asiya, Küveyt Türk Bank və responsAbility Investment AG ilə sıx əməkdaşlıq əlaqələri qurub.

Bank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank vətəndaşlara "Elektron arayış"dan istifadə etməklə vaxt itirmədən krediti operativ şəkildə almaq imkanı yaratmışdır. Bununla yanaşı, müştərilərə Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradılmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti