...

Dəmir Yolunun vaqon parkı yenilənir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2015 09:17 (UTC +04:00)
İlin əvvəlindən 2255 yeni yük vaqonu ölkəmizə gətirilib.
Dəmir Yolunun vaqon parkı yenilənir (FOTO)

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu (ADY) beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır. ADY QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

Bu məqsədlə 2015-ci ilin mart ayında "Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşmüş, görüşdə "Uralvaqonzavod"dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.
Bu günə kimi 2255 yük vaqonu Azərbaycana gətirilib. Bunun 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 450-si isə çən, 204-ü taxıldaşıyan, 100-ü xopper vaqonudur.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları"nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəmizə gətirilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti