...

ExpressPay-dən Yeni il aksiyası – pulsuz danışıq dəqiqələri qazanın

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2015 12:37 (UTC +04:00)
ExpressPay ödəniş terminalları vasitəsilə Ulduzum abunəçiləri, Bakcell nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə pulsuz şəbəkədaxili danışıq vaxtı hədiyyə qazanırlar.
ExpressPay-dən Yeni il aksiyası – pulsuz danışıq dəqiqələri qazanın

Bakı. Trend:

ExpressPay ödəniş terminalları vasitəsilə Ulduzum abunəçiləri, Bakcell nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə pulsuz şəbəkədaxili danışıq vaxtı hədiyyə qazanırlar. Ətraflı məlumat üçün 830 yazıb, 5555 nömrəsinə pulsuz SMS göndərmək lazımdır.

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom - BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

ExpressPay ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə "Qaynar xətt" xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti