...

"Qafqaz İnkişaf Bankı" birləşməyə hazırlaşır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2016 13:13 (UTC +04:00)
"Qafqaz İnkişaf Bankı"nın səhmdarları martın 20-də bankın digər banklarla birləşməsi məsələsini müzakirə edəcəklər.
"Qafqaz İnkişaf Bankı" birləşməyə hazırlaşır  (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

"Qafqaz İnkişaf Bankı"nın səhmdarları martın 20-də bankın digər banklarla birləşməsi məsələsini müzakirə edəcəklər. Bu barədə Trend bankın saytına istinadən məlumat verir.

Səhdmarların növbədənkənar yığıncağı "Qafqaz İnkişaf Bankı"nın Müşahidə Şurasının tələbi üzrə keçiriləcək.

Trend-in daha əvvəl verdiyi məlumata görə, "Qafqaz İnkişaf Bankı" "Günay Bank" və "Atrabank" ilə birləşmək niyyətindədir.

Bundan başqa, "Dəmirbank" və "AGBank" birləşmək barədə protokol imzalayıblar, eləcə də "NBCBank", "KredoBank" və "ParaBank" birləşirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti