...

Azərbaycanda yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2016 11:35 (UTC +04:00)
Azərbaycan ərazisində dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək.
Azərbaycanda yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycan ərazisində dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edilib.

Qərara əsasən, respublika ərazisində yük və sərnişin daşıma "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"ndan çıxarılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, Nazirlər Kabinetinin bu qərarı ilə ölkə daxilində dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətlərin tənzimlənməsi üzrə səlahiyyətlər QSC verilib.

"Əvvəllər bu funksiyanı Azərbaycanın Tarif Şurası yerinə yetirirdi, çünki QSC Nəqliyyat Nazirliyinin tabeliyində idi. Amma 2015-ci ilin sentyabr ayında "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxdı", - deyə Əzməmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti