...

Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2016 16:22 (UTC +04:00)
Martın 3-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair treninq keçirilib.
Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair tədbir keçirilib

Bakı. Trend:

Martın 3-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Korporativ idarəetməyə giriş. Korporativ idarəetmə anlayışı" mövzusunda təşkil edilmiş tədbirdə müvafiq dövlət qurumlarının və 30-a yaxın sənaye müəssisəsinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət, yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın daha da inkişaf etdirilməsi istiqmətində görülmüş işlər barədə danışıb. Bildirilib ki, şirkətlərdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqi onların rəqabət qabiliyyətinin yüksəldilməsində, investorlar üçün cəlbediciliyin artırılmasında və səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayır. İqtisadiyyat Nazirliyi tərəfindən korporativ idarəetmə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verən nazir müavini S.Məmmədov korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı nazirlik tərəfindən 8 mövzu üzrə treninqlərin keçiriləcəyini qeyd edib.

Sonra İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ idarəetmənin əhəmiyyəti, eləcə də korporativ idarəetmənin müəssisələrdə tətbiqi, etibarlı hesabatlılıq sisteminin formalaşdırılmasında rolu barədə məlumat verib.

Tədbirdə, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti