...

Azərbaycanda iki bank müflis elan edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2016 14:45 (UTC +04:00)
Azərbaycanda iki bank müflis elan olunub.
Azərbaycanda iki bank müflis elan edildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda iki bank müflis elan olunub.

Trend Azərbaycanın Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir ki, həmin banklar “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC-dir.

Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti