...

“Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın əmanətçiləri kompensasiyanı haradan ala bilərlər?

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2016 15:21 (UTC +04:00)
“Atrabank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların alınması üçün müvafiq olaraq müqavilə bağladıqları filiala, “Xəzər” filialının qorunan əmanətçiləri isə “Atrabank” ASC-nin baş ofisinə, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri isə “Qafqaz İnkişaf Bankı” ASC-nin Baş ofisinə müraciət edərək öz əmanətlərini geri ala bilərlər
“Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın əmanətçiləri kompensasiyanı haradan ala bilərlər?

Bakı. Azad Həsənli – Trend:

28 yanvar 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Atrabank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların alınması üçün müvafiq olaraq müqavilə bağladıqları filiala, “Xəzər” filialının qorunan əmanətçiləri isə “Atrabank” ASC-nin baş ofisinə, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri isə “Qafqaz İnkişaf Bankı” ASC-nin Baş ofisinə müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Bu barədə Trend Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun saytına istinadən məlumat verir.

Fond “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən -  www.adif.az - əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər. 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti