...

Azərbaycan ilə Avrasiya İnkişaf Bankı arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2016 17:01 (UTC +04:00)
Maliyyə naziri Samir Şərifov Avrasiya İnkişaf Bankının rəhbərini qəbul edib.
Azərbaycan ilə Avrasiya İnkişaf Bankı arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Bakı. Trend:

Bu gün maliyyə naziri Samir Şərifov Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Dmitri Pankini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avrasiya İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr, habelə Azərbaycanın iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında geniş məlumat verib, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

Öz növbəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayan D.Pankin nəqliyyat, tranzit, energetika, özəl sektor və digər sahələrdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində iştirak imkanlarını qeyd edərək bunun həm də Avrasiya İnkişaf Bankının səhmdarları olan Azərbaycanla tərəfdaş ölkələrin marağına uyğun olduğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti