Bakı. Yelena Kosolapova - Trend:
Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının 4-cü iclasının martın sonunda Bakıda keçiriləcəyi gözlənilir.
Bu barədə Trend-ə Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bildirib.
Səfirin sözlərinə görə, Tacikistan nümayəndə heyətinə iqtisadi inkişaf və ticarət naziri Nematullo Hikmatullozoda rəhbərlik edəcək.
Qeyd edək ki, komissiyanın bundan əvvəlki iclası 2014-cü ilin oktyabrında Düşənbədə keçirilib.