Bakı. Trend:
Heydər Əliyev prospektində müxtəlif zolaqlar üzrə hərəkət məhdudlaşdırılır.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda metronun "Koroğlu" stansiyasından Hava Limanı, eləcə də əks istiqamətdə yol xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkəti müxtəlif zolaqlar üzrə məhdudlaşdırılır.
Təmir işləri axşam saatlarına qədər davam edəcək.