...

RƏY: Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların hesabatlılıq səviyyəsinin yüksəldilməsinə ehtiyac var

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2017 16:31 (UTC +04:00)
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların hesabatlılıq səviyyəsinin yüksəldilməsinə ehtiyac var.
RƏY: Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların hesabatlılıq səviyyəsinin yüksəldilməsinə ehtiyac var

Bakı. Trend:

Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata dair rəyində hesabat dövründə dövlət büdcəsinin digər gəlirlərinin tərkibində 305 000,0 min manat proqnoza qarşı 239 059,3 min manat və ya 78,4% səviyyəsində icra olunduğu, bunun da 2015-ci ilə nisbətən 36 856,7 min manat və ya 18,2% çox olduğu qeyd edilib.

Palatadan Trend-ə verilən məlumata görə, 2016-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 69,7%-i “Sair xidmətlər üzrə daxilolmalar”ın, 17,1%-i “Gömrük xidmətləri üzrə daxilolmalar”ın, 5,8%-i “Təhsil haqqları üzrə daxilolmalar”ın, 1,5%-i “Tibbi xidmətlər üzrə daxilolmalar”ın, 0,9%-i “Hüquq-mühafizə orqanlarının göstərdikləri xidmətlər üzrə daxilolmalar”ın, 0,5%-i “Mədəniyyət və idman fəaliyyətindən daxilolmalar”ın, 0,5%-i isə “Sanitar xidmətləri üzrə daxilolmalar”ın, “Təsərrüfat müqavilələri üzrə daxilolmalar”ın və “Yardımçı təsərrüfat xidmətləri üzrə daxilolmalar”ın payına düşüb.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların tərkibində əsas mənbələrin icrası vəziyyəti müxtəlif olub, hüquq-mühafizə orqanlarının göstərdikləri xidmətlərdən daxilolmalar üzrə proqnozun 1,7% səviyyəsində icra olunduğu şəraitdə sair xidmətlərdən daxilolmalar üzrə proqnoz 198,4% səviyyəsində yerinə yetirilib. Müvafiq sənədlərin təhlili mühafizə orqanlarının göstərdikləri xidmətlərdən daxilolmaların sair xidmətlərdən gəlirlər kimi əks etdirilməsini deməyə əsas verir. Rəydə qeyd edilib ki, mövcud hesabatlılıq büdcədənkənar daxilolmaların büdcə gəlirlərinin təsnifatının yarımmaddələri səviyyəsində göstəricilərinin ayrı-ayrı büdcə təşkilatlarının hesabatlarında və digər məlumatlarındakı eyni göstəricilərlə müqayisəsinin aparılmasına və uyğunluq səviyyəsinin müəyyənləşdirilməsinə şərait yaratmır.

Eyni zamanda, rəydə növbəti ilin dövlət büdcəsi haqqında və ötən ilin dövlət büdcəsinin icrası haqqında Azərbaycanın müvafiq qanunlarında dövlət büdcəsinin büdcədənkənar gəlirlərinin ümumilikdə “Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar” adlı bənd altında əks etdirildiyi göstərilib.

Hesablama Palatasının rəyində bir sıra dövlət qurumlarının (büdcə təşkilatlarının), o cümlədən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Vergilər Nazirliyinin büdcədənkənar daxilolmalarının isə ödənişli xidmətlərin həyata keçirilməsindən deyil, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar aşkar olunmuş qanunvericiliyin pozulması halları üzrə hüquqi və fiziki şəxslərə məsuliyyət tədbirlərinin tətbiq edilməsindən daxilolmalar (cərimələr və maliyyə sanksiyaları) hesabına formalaşdığı göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti