...

Ağdamda avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2017 18:04 (UTC +04:00)
Prezident İlham Əliyev Ağdam rayonunun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Ağdamda avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Ağdam rayonunun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, iyirmi doqquz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti