Bakı. Azad Həsənli, Ənvər Məmmədov - Trend:
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına həsr olunacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, növbəti görüşün Tehranda keçiriləcəyini deyib: “Tərəflər bu məsələ ilə bağlı böyük maraq nümayiş etdirir. Azərbaycan hətta dəmir yolu hissəsinin tikintisi üçün İrana kredit ayırmağa da hazırdır. Fikrimcə, bütün bu məsələlər prezidentlərin görüşü zamanı müzakirə olunacaq”.