...

Azərbaycan və İran iri kredit sazişi imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2018 15:55 (UTC +04:00)
Azərbaycan və İran mart ayının sonunda Rəşt-Astara dəmir yolunun tikintisinin maliyyələşdirilməsi üzrə kredit sazişi imzalayacaq
Azərbaycan və İran iri kredit sazişi imzalayacaq

Tehran. Azad Həsənli, Kamyar İqbalnejad - Trend:

Azərbaycan və İran mart ayının sonunda Rəşt-Astara dəmir yolunun tikintisinin maliyyələşdirilməsi üzrə kredit sazişi imzalayacaq.

Trend-in məlumatına görə, bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu dəmir yolunun açılışı malları Qərbdən Şərqə və əks istiqamətdə daşımağa imkan verəcək.

Qeyd edək ki, kredit sazişinin dəyərinin 500 milyon dollar olacağı məlumat verilmişdi.

Tikintinin üç il ərzində başa çatacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti