...

“SOCAR Polymer” müəssisəsində qiymətləndirmə işinin birinci mərhələsi başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2018 13:32 (UTC +04:00)
Azərbaycanın İqtisadiyyat Nazirliyi “SOCAR Polymer” müəssisəsində qiymətləndirmə işinin birinci mərhələsini başa çatdırır.
“SOCAR Polymer” müəssisəsində qiymətləndirmə işinin birinci mərhələsi başa çatır

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanın İqtisadiyyat Nazirliyi “SOCAR Polymer” müəssisəsində qiymətləndirmə işinin birinci mərhələsini başa çatdırır.

Trend-in məlumatına görə, bunu “İnnovativ klasterlərin yaradılması sahəsində dövlət-özəl sektor əməkdaşlığı: mövcud aktivlər və yerli xammalın istifadəsi” mövzusunda konfrans zamanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, layihə müəssisənin məhsulunun istehsal üçün xammal qismində yerli bazara çıxmasına kömək edəcək. Nazir müavini əlavə edib ki, bununla bağlı bir sıra müəssisələrlə danışıqlar aparılır.

N.Səfərovun sözlərinə görə, “SOCAR Polymer” nəzdində innovativ klaster yaradılacaq. Bu işlər İqtisadiyyat Nazirliyi və Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, “SOCAR Polymer” layihəsi Sumqayıt kimya-sənaye parkında reallaşdırılır. Birinci mərhələdə “SOCAR Polymer”in istehsal gücü 120 min ton polietilen və 180 min ton polipropilen təşkil edəcək. 2021-ci ilədək ümumi istehsal gücü 570 min ton məhsula çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti