...

AZPROMO: Azərbaycanda narın məhsuldarlığını artırmaq lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2018 13:44 (UTC +04:00)
Azərbaycanda narın məhsuldarlığını artırmaq lazımdır
AZPROMO: Azərbaycanda narın məhsuldarlığını artırmaq lazımdır

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda narın məhsuldarlığını artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.

O bildirib ki, bu sahədə potensial var: “Məsələn, İsraildə nar cəmi 2200 hektar sahədə yetişdirilir, məhsuldarlıq isə 60 min tonu ötür. Azərbaycanda da məhsuldarlığı artırmaq lazımdır. Fermerlər və istehsalçılar fəal şəkildə subsidiyalar və güzəştlər üçün müraciət etməlidir”.

Öz növbəsində Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov qeyd edib ki, nar və nar məhsulları istehsalçıları keyfiyyətli məhsul istehsal etməklə bu sahədə ixrac potensialını artırmalıdır:

“Qeyd edim ki, Azərbaycan istehsalı olan nar məhsulları Avstraliyadan Kanadayadək müxtəlif ölkələrə ixrac olunur. Bu, nar şirəsi, narşərab və digər məhsullardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti