Bakı. Trend:
2019-cu il üçün Azərbaycan dövlət büdcə layihəsi hökumətə təqdim olunub.
Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Zİyad Səmədzadə deyib.
Z.Səmədzadə qeyd edib ki, Nazirlər Kabineti büdcə layihəsini müzakirə etdikdən sonra baxılması üçün Azərbaycan Prezidentinə göndərməlidir.