...

VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2018 19:06 (UTC +04:00)
VTB (Azərbaycan) Bank of Baku ilə tərəfdaşlıq sövdələşməsi imzalayıb.
VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir

Bakı. Trend:

VTB (Azərbaycan) Bank of Baku ilə tərəfdaşlıq sövdələşməsi imzalayıb.

Bankdan Trend-ə verilən məlumata görə, bundan sonra VTB (Azərbaycan) kart sahibləri tərəfdaş bankın bankomat və POS-terminalları vasitəsilə nağdlaşdırma əməliyyatını əlavə komissiyasız həyata keçirə bilər.

Beləliklə, VTB (Azərbaycan) kart istifadəçiləri NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi yerli bankların 90-dan çox bankomatlarından yararlana bilər. Bundan başqa, VTB (Azərbaycan) müştərilərinə Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən pul vəsaitlərini banklararası komissiyasız nağdlaşdırmağa imkanı verir.

Bank VTB-nin (Azərbaycan) ödəniş kartları idarəsinin rəisi Gülşən Əfəndiyeva bildirib: “Bankın qarşısında duran əsas məsələlərdən biri ödəniş kartları xidmətlərini daim yaxşılaşdırmaqdır. Tərəfdaş bankların terminalları vasitəsilə bankomat şəbəkəsinin genişləndirilməsi VTB (Azərbaycan) kart sahibləri üçün yalnız paytaxtda deyil, eləcə də bölgələrdə bank xidmətlərindən yararlanma imkanlarını artıracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti