...

Azərbaycanda parnik qazı tullantıları azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2019 16:02 (UTC +04:00)

Bakı. Anastasiya Savçenko - Trend:

Azərbaycanın enerji potensialı əhəmiyyətli dərəcədə möhkəmlənib və coğrafi mövqeyi də buna əlverişli şərait yaradır.

Trend-in məlumatına görə, Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Nizamlanması Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov deyib.

O bildirib ki, Azərbaycanın külək enerjisi potensialı 3 min meqavatt, günəş enerjisi potensialı 20 min meqavatt həcmində qiymətləndirilir:

“Azərbaycan öz üzərinə dekarbonizasiya ilə bağlı öhdəliklər götürüb. Biz BMT-nin Ekologiya sazişinə qoşulan və Paris iqlim sazişini imzalayan ölkələrdən biriyik”.

S.Axundov bildirib ki, Azərbaycan ətraf mühitə parnik qazı həcminin yalnız 0,11 faizini buraxır:

“Azərbaycan hökuməti 2030-cu ilədək parnik qazı tullantılarını 30 faiz azaltmaq öhdəliyini götürüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti