Bakı. Sədrəddin Ağcayev - Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Container” MMC sərfəli şərtlərlə Bakı, Sumqayıt, Gəncə, Gürcüstan, Avropa ölkələri, Rusiya, Mərkəzi Asiya, Misir, Çin, Yaponiya və Hindistan istiqamətində dəmiryolu konteyner daşımalarına başlayıb.
Bu barədə Trend-ə “ADY Container”dən bildiriblər.
Daşımalar 20, 40, 45 futluq konteynerlərdə həyata keçirilir.
Bundan başqa, şirkət “qapıdan qapıya” xidmətini də təqdim edir.