...

Azərbaycanda Türkiyə sementinə tələbat azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2021 10:15 (UTC +04:00)
Azərbaycanda Türkiyə sementinə tələbat azalıb

Bakı. Trend:

2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz azalaraq 1,986 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyənin dünya bazarlarına sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 279,256 milyard dollara bərabər olub.

2021-ci ilin yanvar ayında Türkiyənin sement ixracı ümumi ixracın 2,1 faizini təşkil edib.

Son 12 ay ərzində (yanvar 2020-ci il - yanvar 2021-ci il) Türkiyə 3,749 milyard dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti