Bakı.Sədrəddin Ağcayev - Trend:
Dünya avtomobil istehsalı və tədarükü bazarının bərpası 2022-ci ilin ikinci yarısında gözlənilir.
Trend-in məlumatına görə, bu barədə BCG beynəlxalq konsaltinq şirkətinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2021-ci ilin üçüncü və dördüncü rüblərində avtomobil istehsalçıları 3-5 milyon avtomobil az istehsal edəcək:
"Mikrosxem və digər detalların tədarük həcmləri bərpa olunmağa başlasa da, davam edən pandemiya öz təsirini göstərir. Biz mikroçiplərin beynəlxalq tələbatı tam ödəməyə 2022-ci ilin ikinci yarısında başlayacağını gözləyirik. Bu vəziyyət isə öz növbəsində elektrik nəqliyyatın inkişaf planlarına mənfi təsir göstərə bilər".
Qeyd olunur ki, 2021-ci ilin birinci yarısında daha çox istehsal itkiləri ilə "Ford" (700 min avtomobil azalma), "Stellantis" ("Chrysler", "Citroen", "Dodge", FIAT, "Jeep - 600 min azalma") və "Renault-Nissan-Mitsubishi" (400 mindən çox azalma) şirkətləri ilə üzləşib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)