...

2016-2021-ci illərdə Azərbaycanın sənaye parkları 6 milyon dollardan çox investisiya cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2021 13:00 (UTC +04:00)
2016-2021-ci illərdə Azərbaycanın sənaye parkları 6 milyon dollardan çox investisiya cəlb edib

Bakı. Sədrəddin Ağcayev - Trend:

2016-2021-ci illərdə Azərbaycanın sənaye parkları 6 milyon dollardan çox investisiya cəlb edib, 9,5 min iş yeri yaradılıb.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"2018-ci ilədək Azərbaycanın qeyri-neft sahəsinin artım tempi 10 faizdən az idi, bu gün bu göstərici 20 faizi üstələyir. 2016-cı ildə dövlət büdcəsindən kənd təsərrüfatının və sahibkarlığın dəstəklənməsinə 586 milyon manat ayrılmışdı. Bu gün bu göstərici bir neçə dəfə artıb. Eyni zamanda, 2020-ci ildə bu sahədə işləyən sahibkarlara subsidiyaların ödənilməsi başlayıb. Həmçinin, bu sektorun stimullaşdırılması üçün proqramlar hazırlanıb. Təhsil sahəsində bir sıra hüquqi aktlar qəbul olunub, bu sektorun dəsətklənməsi və müdafiəsi üçün müxtəlif fondlar yaradılıb, 24 xüsusiləşdirilmiş mərkəz formalaşdırılıb", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti