Bakı. Nəzrin İsrafilova - Trend:
2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu ümumi dəyəri 287,7 milyon manat olan 1 902 layihə üzrə 130,6 milyon manat məbləğində güzəştli kredit təqdim edib.
Trend-in məlumatına görə, bunu Fondun İdarə heyəti sədri vəzifələrini icra edən Osman Xaliyev 2021-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.
O.Xaliyevin sözlərinə görə, Bb kreditlər hesabına 3200-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 59%-i aqrar sektorun - kənd təsərrüfatı, 33%-i sənaye məhsullarının istehsalı və emalı, 3%-i turizm, 5%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 76,2%-i regionların, 23,8%-i isə Bakı qəsəbələrinin payına düşür.
"2021-ci ildə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin dəstək mexanizmləri üç istiqamət üzrə oub. Bu, güzəştli kreditlər, pandemiyadan zərər çəkmiş sahələrə dövlət təminatlı kreditlər və pandemiyadan zərər çəkmiş sahələrin mövcud kredit portfelinə subsidiyalardır", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)