...

Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2022 11:50 (UTC +04:00)
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb

Bakı. Nəzrin İsrafilova - Trend:

2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 milyon manat güzəştli kreditin ayrılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Fondun İdarə heyəti sədri vəzifələrini icra edən Osman Xaliyev 2021-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.

"2021-ci iliin əvvəlində Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti üzrə strateji plan təsdiqlənib. Bu plan 2021-2023-cü illəri əhatə edir. 2021-ci ildə strateji plan üzrə bir sıra istiqamətlər üzrə işlər görülüb. Bu institusional bazanın gücləndirilməsi, hesabatlılığın təkmilləşdirilməsi, korporativ dayanıqlılıq və elektronlaşmanın tətbiqini özündə əks etdirir. 2022-ci il üçün strateji plana uyğun fəaliyyətin davam etdirilməsi nəzərdə tutlub. Burada elektronlaşmanın tətbiqi üzrə işlərin davam etdirilməsi, eyni zamanda institusional bazanın gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti