...

Azərbaycanda sənaye zonalarının rezidentləri üçün xüsusi güzəştlər paketi hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2022 16:56 (UTC +04:00)
Azərbaycanda sənaye zonalarının rezidentləri üçün xüsusi güzəştlər paketi hazırlanır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyi azad edilmiş ərazilərdə sənaye zonalarının rezidentləri üçün xüsusi güzəştlər paketi hazırlayır.

Trend-in məlumatına görə, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Emil Hacıyev deyib.

Onun sözlərinə görə, kommunal xidmət tariflərinin, kredit dərəcələrini azaldılması, eləcə subsidiyalar kimi güzəştlər paketdə yer alır.

"Rezidentlər üçün güzəştlərin genişləndirilməsi üzrə təkliflər hazırlanır. Biz gözləyirik ki, qeyd olunan güzəştlərə digər təşviqlər də əlavə olunacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti