Bakı. Trend:
"Araz Vadisi İqtisadi Zonası"nda İtalyanın "IVECO" markalı avtomobilləri istehsal ediləcək
Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetmə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib.
""IVECO" markalı italyan avtomobillərinin servis mərkəzinin yaradılması üzrə layihə işləri tamamlanıb və ən qısa zamanda mərkəzin inşasına başlanılacaq", - o deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
Xatırladaq ki, hazırda "Araz Vadisi İqtisadi Zonası" sənaye parkında iki sahibkarlıq subyekti rezident statusu, bir subyekt isə qeyri-rezident statusu alıb.
2022-ci ildə 28 sahibkarlıq subyekti sənaye parklarında rezident statusu əldə edib, bütünlükdə isə bugünədək 116 sahibkarlıq subyekti rezident olub.