Bakı. Trend:
2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2.726 layihə üzrə 145,9 mln. manat güzəştli kredit ayrılıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.