...

Azərbaycanda Azərbaycan-Rusiya biznes mərkəzi inşa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2006 16:33 (UTC +04:00)

Azərbaycanda Azərbaycan-Rusiya biznes mərkəzi inşa ediləcək. Trend bildirir ki, bu barədə Rusiya Milli ehtiyatlar bankının rəhbəri Yuri Kudimov bəyan edib.

Onun sözlərinə görə, hazırda bank rəhbərliyi həmin istiqamətdə ISR Holding ilə danışıqlar aparır.

Şirkət rəhbəri mərkəzin inşasına qoyulacaq investisiyalara toxunaraq bildirib ki, ilkin hesablamalara görə, bu, $150-200 mln. təşkil edəcək və mərkəzin tərkibinə mehmanxana kompleksi də daxil olacaq.

"Layihənin maliyyələşdirilməsində bir sıra investisiya şirkətlərinin də iştirakı mümkündür" -deyə Y.Kudimov qeyd edib.

Hazırda yer seçimi və layihəyə ümumi baxış aparılır.

Bundan başqa, şirkət artıq Bakıda yaşayış binası layihəsinin həyata keçirilməsində iştirak edir və ölkə hökuməti ilə bir sıra yerli müəssisələrin özəlləşdirilməsi prosesində şirkətin iştirakı imkanına dair danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti