...

KFW "Əmanətlərin sığortası haqqında" qanun layihəsinin yekun ekspertizasını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2006 15:41 (UTC +04:00)

2006-cı ilin sonunda Almaniyanın KFW bankı "Əmanətlərin sığortası haqqında" qanun layihəsinin yekun ekspertizasını keçirməyi planlaşdırır. Bu barədə Trend ə bankın Bakı ofisinin rəhbəri Natiq Abdullayev bildirib. Bu bank qanun layihəsinin hazırlanmasında məsləhətçi xidmətlər göstərir.

Azərbaycan Milli Bankı KFW sənədin parlamentdə birinci oxunuşda qəbul edilməsi barədə məlumatlandırıb ki, Almaniya bankı bunu irəliləyiş adlandırıb. Qanunun qüvvəyə minməsindən sonra KFW Əmanətlərin Sığortalanması Fondunun ilkin nizamnamə kapitalının formalaşdırılması üçün 5 mln. avro kredit, əlaqədar tədbirlər üçün isə 1 mln. avro qrant ayırmağı planlışdırır.

Əmanətlərin kollektiv və məcburi sığortalanması üçün Əmanətlərin Sığortalanması Fondu təsis olunacaq ki, bu fond da hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Fondu idarə etmək üçün himayədarlar şurası yaradılacaq və icraçı direktoru təyin olunacaq.

Himayədarlar şurası 7 nəfərdən ibarət olacaq (AMB-nin 3 nümayəndəsi, müvafiq icra orqanının iki nümayəndəsi və iştirakı bankların iki nümayənədsi).

Banklar üçün daxil olma haqqı 10 tıs.manat səviyyəsində müəyyənləşdirilib. Sənədin tam qəbulu sentyabrda planlaşdırılır, 2007-ci ilin yanvarın 1-də isə qüvvəyə minəcək. 2008-ci il yanvarın 1-nə qədər 4 min AZN qədər olan əmanətlər, 2010-cu ilə qədər 6 min.AZN qədər olan əmanətlər, 2010-cu ildən isə 8 min AZN qədər əmanətlər üzrə kompensasiya ödəniləcək.

Qanunvericilikdə bankların fondda məcburi iştirakı nəzərdə tutulub. Banklar üçün daxil olma və təqvim haqqı, kompensasiyanın ödənişindən sonra isə əlavə ödənişlər nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti