...

Bakı şəhəri ərazisində baş vermiş yol qəzaları ölümlə nəticələnib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 16:10 (UTC +04:00)

Bakı şəhəri ərazisində baş vermiş yol qəzaları ölümlə nəticələnib. Bu barədə Trend ə Bakı şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Ələt qəsəbəsi ərazisində Masallı rayon sakini Fərhad Məmmədov VAZ-2107 markalı avtomobillə Qobustan qəsəbə sakini Pyotr Lovkini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dünyasını dəyişib.

Nərimanov rayonu Heydər Əliyev prospektində Bağırov körpüsünün altında Bakı şəhər sakini Rüstəm Cahangirovun idarə etdiyi VAZ-2109 markalı, Maştağa qəsəbəsinin sakini Ağasəlim Rzayevin idarə etdiyi DAEVO markalı və Valeh Namazovun idarə etdiyi Hunday markalı avtomobillər toqquşub. Nəticədə R.Cahangirov hadisə yerində həlak olub, xəsarət almış A.Rzayev və sərnişin, Bakı şəhər sakini Vüsal Cəfərov xəstəxanaya yerləşdirilib.

Hər iki faktla əlaqədar cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti