...

29-30 iyulda Bakının 10 rayonunda kənd təsərrüfatı məhsullarının yarmarkası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 18:20 (UTC +04:00)

29-30 iyul tarixində - şənbə və bazar günləri səhər saat 9.00-dan Bakı şəhərinin ayrı-ayrı rayonlarında kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar növbəti yarmarkalar təşkil olunacaq. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkada kənd təsərrüfatı məhsuallarının qiymətinin bazarlardakı qiymətlərdən ucuz olacağı vəd edilir. Yarmarkalarda kənd təsərrüfatı məhsullarından pomidor, xiyar, bibər, soğan, kartof, qarpız, yemiş, badımcan, pendir, yağ, ət, buğda, günəbaxan və başqa məhsullar satışa çıxarılacaq.

Yarmarkalar Bakının 10 rayonunla olacaq. Yasamal rayonunda Şərifzadə küçəsi, 194-də ("İnşaatçılar" metrosunun 200 metrliyində hasarlanmış sahə), Yeni Yasamal yaşayış massivində Mərkəzi Dairəvi ərazidə müvafiq sahədə olacaq. Nizami rayonunda Əzizbəyov metrosu ərazisində, "Ankara" İstehsalar Kommersiya Firmasına məxsus ərazidə, Heydər Əliyev prospekti-92 - "Azaqrotreyd" ATSC ərazisində, H.Əliyev prospekti, 105 - "Keşlə Maşınqayırma zavodu"nun ərazisində keçiriləcək. Nərimanov rayonu üzrə Ə.Əliyev küçəsi, 26 - "Bakı taxıl" ASC-yə məxsus qapalı ərazidə olacaq. Xətai rayonunda Şıxlı küçəsi, 37 saylı binanın və H.Aslanov metrosunun yanı, Sarayeva küçəsi, "Bakı" kinoteatrının və Əhmədli metrosunun yanında təşkil olunacaq. Binəqədi rayonunda Binəqəi qəsəbəsinin mərkəzi meydanında, Biləcəri qəsəbəsindəki mərkəzi bazarda, Biləcəri qəsəbəsindəki M.S.Ordubadi küçəsindəki bazarda, M.Ə.Rəsulzadə qəsəbəsindəki bələdiyyə bazarında, Dərnəgüldə 6 saylı peşə litseyinin həyətində olacaq. Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1-də, 67 saylı məktəbin qarşısında, Sabunçu-Zabrat şosesi, "Bakı maşınqayırma" zavodunun ərazisində keçiriləcək. Əzizbəyov rayonu üzrə qəsəbələrdəki mərkəzi meydan və bazarlarda, Nəsimi rayonu üzrə M.Qardaşları küçəsi, 113 - "Bakı Tikiş Evi"nin həyətində, C.Məmmədquluzadə küç.101 - "Bakı Tikiş Sənaye" ATSC-nin həyətində olacaq. Səbail rayonu üzrə Badamdar yaşayış massivinin mərkəzindəki 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 saylı məktəbin yanında, Suraxanı rayonu üzrə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsi, "Günəş" Ticarət Mərkəzinin ərazisində, Əmircan qəsəbəsi, "Suraxanı maşınqayırma zavodu"nun ərazisində yarmarkalar təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti