...

"Millikart" və AMB arasında müqavilə gələn həftə imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2006 15:43 (UTC +04:00)

Gələn həftə Azərbaycan Milli Bankı (AMB) və yeni hüquqi şəxs - "Millikart" MMC arasında 18 kommersiya bankına mülkiyyətin və kart ödəmələri prosesinq mərkəzinin qeyri-maddi aktivlərinin alqı-satqısı barədə müqavilənin imzalanması gözlənilir. Mərkəzdən Trend ə verilən məlumata görə, müqavilənin hüquqi sənədləşdirilməsi bu həftənin sonunadək başa çatmalıdır. İmzalanmaya qədər habelə AMB-nin idarə heyətidə müqavilənin bağlanması üçün məsul şəxsin təyini ilə bağlı qərar qəbul olunmalıdır.

"Millikart" MMC bu həftənin əvvəlində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Dövlət qeydiyyatından keçmək zərurəti mərkəzin bankların balansına verilməsi prosedurunu ləngidib. Avadanlıqların və proqram təminatının alınması barədə müqavilə AMB ilə mərkəzin kommersiya banklarının idarəçiliyinə verildiyi şərtlər əsasında bağlanacaq. Sövdələşmə 3,5 mln manata başa gələcək. Daha 0,5 mln. manatı isə banklar mərkəzin fəaliyyətinin ilkin mərhələsində dövriyyə kapitalı üçün yatırıblar.

MMC 2006-cı ilin iyulun 14-də təsis olunub. Mərkəzin təsisçiləri "Atabank", "Azdəmiryolbank", "Azərtürkbank", "Bank of Baku", "CIBank", "Debütbank", "Əmrahbank", "Xalqbank", "Kredobank", Azərbaycan mikromaliyyəşdirmə bankı, "Parabank", "Rabitəbank", "Respublikabank", "Bank Standard", "Texnikabank", "Turanbank", "UniBank" və "Zaminbank"dır..

Xəbər lenti

Xəbər lenti