...

S.Müslümov: "Dövlət Sosial Müdafiə Fondunun 2006-cı ilin 10 ayı ərzində gəlirləri 465,9 milyon manat təşkil edib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2006 17:57 (UTC +04:00)

DSMF-nın 2006-cı ilin 10 ayı ərzində gəlirləri 465,9 milyon manat təşkil edib. Trend in məlumatına görə, bu barədə Milli Məclisin sosial siyasət komissiyasının iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov açıqlama verib.

O bildirib ki, bu rəqəm ötən illə müqayisədə 15-16 faiz artıqdır. Gəlirlərin 70,8 faizi və ya 330 milyon manatı məcburi sosial sığorta ödəmələrinin payına düşür. Bunun da 106,9 milyon manatı büdcə təşkiatlarının, 223,1 milyon manatı qeyri-dövlət təşkitlatlarının hesabına formalaşır.

Xəbər lenti

Xəbər lenti