...

Azərbaycan Beynəlxalq Bankı Moody‘s agentliyindən reytinq alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 17:01 (UTC +04:00)

Beynəlxalq reytinq agentliyi Moody's Azərbaycan Beynəlxalq Bankına Ba2 səviyyəsində reytinq təqdim edib. O, Fitch Ratings versiyasında olduğu kimi ölkə reytinqindən cəmi bir pillə geriləyir. Trend agentliyin məlumatına istinadən xəbər verir ki, ABB-nin yerli valyutada uzunmüddətli reytinqi Baa2, qısamüddətli isə - Prime-2 (P -2) səviyyəsində tanınıb. Xarici valyutada uzunmüddətli reytinq Ba2, qısamüddətli - Not Prime (NP) səviyyəsində qiymətləndirilib. Maliyyə dəstəyi reytinqi (FSR) E+ səviyyəsində müəyyən olunub. Agentlik reytinqin dəyişməsinin sabit proqnozunu müəyyən edib.

Xarici valyuta üzrə ABB reytinqinin qiymətləndirilməsi Azərbaycanın suveren reytinqinin (Ba2/NP) qiymətləri ilə məhdudlaşıb. Yerli valyutadakı reytinq qiymətləri isə bu cür məhdudiyyətlərdən azaddır.

ABB reytinqinin qiymətləri qlobal ödəməmə riskini və itki gözləntilərini əks etdirir və agentliyin lazım gəldikdə Azərbaycan maliyyə hökümət orqanlarının dəstəyindən əmin olması ilə bağlıdır. ABB - aktivlərdə (48%), kreditlərdə (45%) və fiziki şəxslərin əmanətlərində (33%) üstünlük təşkil edən bazar payları ilə ölkədə ən böyük bankdır və Azərbaycanın ödəniş sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Məlumatda qeyd olunub ki, bankın dəstəyindən imtina etmək ödəniş sisteminin ciddi şəkildə pozulması ilə tamamlana və sistem böhranına səbəb ola bilərdi. Hazırda ABB-in əsas səhmdarı onun səhmlərinin 50,2%-nə sahib olan Azərbaycan höküməti olaraq qalır. Bu həmçinin bankın böyük miqyaslı layihələrin maliyyələşdirilməsində hökümətin agenti kimi çıxış etdiyi dövlət investisiya və iqtisadi siyasətin həyata keçirilməsinə yardım edir. Moody's bankın özəlləşdirilməsi prosesinin ən tez 2008-ci ildə yenilənəcəyini gözləyir, halbuki o, Azərbaycan prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə elan olunub.

Bankın E+ səviyyəsində FSR reytinqi sonrakı artım üçün yaxşı potensialı olan güclü daxili imtiyazlarla dəstəklənir, lakin gözlənilməz itkiləri ödəyə bilən, faktiki olmayan sərbəst kapitalla kifayət olmayan kapitallaşdırma və aktiv və passivlər üzrə onun toplanmasının çox yüksək səviyyəsi ilə məhdudlaşıb. Bundan başqa, bankın korporativ idarəsi hələ də inkişaf edir, bu da həmin reytinqə mənfi təsir göstərir. Yarım illiyin yekununa görə, ABB maliyyə hesabatın beynəlxalq standartlarına (IFRS) uyğun olaraq, aktivlərin 1,5 mlrd. ABŞ dolları səviyyəsində və kapitalın 111,8 mln. ABŞ dolları səviyyəsində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti