...

Milli bankın İdarə Heyətinin sədr müavini: Azərbaycanın iqtisadi inkişafı maliyyə bazarı iştirakçılararının reytinqinin artmasına şərait yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2007 14:53 (UTC +04:00)
Milli bankın İdarə Heyətinin sədr müavini: Azərbaycanın iqtisadi inkişafı maliyyə bazarı iştirakçılararının reytinqinin artmasına şərait yaradacaq

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Bazar ertəsi Azərbaycan Milli Bankı İdarə Heyətinin sədr müavini Rüfət Aslanlının "Şəffaflığın artırılması və kapitala çıxışın yaxşılaşdırılması" ilə bağlı reytinq konfransında bildirib ki, Azərbaycanın iqtisadi inkişafı maliyyə bazarı iştirakçılaraının reytinqinin artmasına şərait yaradacaq.

Onun sözlərinə görə, bu, Azərbaycanda keçirilən ilk reytinq konfransıdır və ona böyük maraq göstərilir.

"Azərbaycan həm iqtisadi, həm də maliyyə sahəsində hərtərəfli inkişaf edir və bu, ölkənin reytinqinin artırmasına imkan verir",-deyə Aslanlı bildirib.

Bu gün Azərbaycanda fəaliyət göstərən 44 bankdan 5-i kredit reytinqi alıb.

ACDI/VOCA beynəlxalq təşkilatının ölkəmizdəki təmsilçisi Məhəmməd Cüneydin sözlərinə görə, Azərbaycanda kapital çox bahadır və bu da risklərin mövcudluğu, sistemli problemlər, depozitlərin cəlb olunmasına qoyulan yüksək faiz gəlirləri ilə bağlıdır ki, bu öz növbəsində bahalı depozitlərin verilməsinə gətirib çıxararır.

"Güzəştli kreditlərin verilməsi bankların rəqabət qabiliyyətinin artmasına, yerli bazara xarici kapitalın daxil olmasına imkan yaradır",- deyə Cüneyd bildirib.

Onun fikrincə, onlayn-sistem Azərbaycanda gec tətbiq olunub ki, bu bankların inkişafını ləngidir.

Konfrans çərçivəsində ölkənin və bank sektorunun reytinqinə təsir edən zəif şəffaflıqdan bəhs olunub.

Konfrans ACDI VOCA təşkilatı tərəfindən təşkil olunub və kiçik və orta sahibkarlıq vasitəsilə maliyyə sektorunun inkişafına dəstək layihəsi çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfəindən maliyyələşdirilib.

Xəbər lenti

Xəbər lenti