...

Bakıda mebel satışı üzrə BM yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2007 16:12 (UTC +04:00)
Bakıda mebel satışı üzrə BM yaradılacaq

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Belarus "Qomeldrev"ASC-nin nümayəndələri cümə axşamı Azərbaycanın "Azles Eksport - İmport" şirkəti ilə Azərbaycanda mebel satışının həyata keçirmək üçün BM yaradılması haqqında müqavilə imzalamaq üçün Bakıya gələcəklər. Bu barədə çərşənbə axşamı "Qomeldrev" baş direktorunun iqtisadiyyat və marketinq üzrə müavini Nikolay Qevrasev bildirib.

"Azles Eksport-İmport" şirlətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Qevrasevin sözlərinə görə, mebel istehsalı əsasən oduncaqdan olacaq.

Avqust ayınada "Qomeldrev" ASC səhmdarlarının yığıncağı Bakıda mebel salonun açılması barədə qərar qəbul edib. Daha öncə müəssisə Azərbaycana faner və kibrit gətirirdi.

Hazırda Bakıda əsasən İtaliya, Rumıniya, Türkiyə, Polşa, Çexiya və İran istehsalı olan mebellər satılır. Az miqdarda da yerli mebel istehsal olunur.

"Qomeldrev" - Belarusun iri mebel şirkətlərindən biridir.

Xəbər lenti

Xəbər lenti