...

Bakı Banklararası Valyuta Birjası avqustun 29-u üçün ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2007 19:25 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, avqustun 29-da USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8507 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8508 manat olub. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 2 298 220 manat olub. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8507 AZN təşkil edib.

Beləliklə hər iki sessiyalarının nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 2,7 mln dollar və ya 2 298 220 manat təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 900 000 dollar düşüb.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZNalətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO Rusiya Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,07%, ABŞ dolları üzrə isə illik 15,31% təşkil edib.

Gün ərzində banklar arasında həjmi 300 000 AZN müddəti 30 gün təşkil edən əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəjəsi illik 12% təşkil edib.

Xəbər lenti

Xəbər lenti