...

Azərbaycanın elektrik enerjisi generasiya edən müasir obyektlərindən birində elektrik enerjisi istehsalı 280 mln. kVt/ saat təşkil edib

Energetika Materials 17 Sentyabr 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərenerji" SC-nin bazar ertəsi yayımlanan məlumatında bildirilir ki, elektrik enerjisi istehsal edən müasir obyektlərdən biri olan və 2006-cı ildə istismara verilən modul tipli Xaçmaz elektrik stansiyasının avqust ayına olan proqnozunun 29 mln. kVt/saat təşkil etməsinə baxmayaraq, 31 mln. kVt/ saat elektrik enejisi istehsal olunub.

Səkkiz ay ərzində elekitrik stansiyasında 280 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.

Elektrik stansiyasında gücü 8,7 MVt olan 10 aqreqat fəaliyyət göstərir. Regionun enerji təminatının yaxşılaşdırılması məqsədilə, stansiyanın ərazisində 330 kilovatlıq ötürücü yarımstansiyanın tikintisi ilə bağlı işlər başlanıb. Yeni enerji obyektində Çindən gətirilən avadanlıqlar quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti