...

ARDNŞ-nin iştirak etdiyi alyansın "Petkim" kimya holdinqinə yatıracağı sərmayələr müəssisənin Türkiyə bazarında payını 40%-ə qədər artıracaq

Energetika Materials 17 Oktyabr 2007 16:07 (UTC +04:00)
ARDNŞ-nin iştirak etdiyi alyansın "Petkim" kimya holdinqinə yatıracağı sərmayələr müəssisənin Türkiyə bazarında payını 40%-ə  qədər artıracaq

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ "SOCAR/Turcas/Injaz" şirkətlər alyansının Türkiyənin "Petkim" kimya holdinqinin istehsal obyektlərinin modernləşdirilməsinə yatıracağı sərmayələr ,Türkiyə bazarında müəssisənin payını 27%-dən 40%-dək artıracaq. Bu barədə çərşənəbə günü keçirilən brifinqdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işlənmə üzrə vitse-prezidenti Davud Məmmədov bildirib.

"1-2 il ərzində alyansın sərmayələri 50-60 mln. dollar təşkil edə bilər" - deyə Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, hazırda Türkiyə kimyəvi məhsulların 70-75%-ni idxal edir, "SOCAR/Turcas/Injaz"-ın "Petkim"in inkişafına yatıracağı səramayələr məhsulun idxalını 30%-ə qədər azaltmağa imkan verəcək. Türkiyə bazarında kimyəvi məhsullara olan tələbat hər il 12% artır.

"Qoyulan sərmayələr 5-6 il ərzində nəticə verə bilər, bu, bazarda mövcud olan şəraitdən asılı olacaq" - deyə Məmmədov bildirib.

Türkiyənin özəlləşdirmə məsələləri üzrə dövət orqanı bu həftə "Petkim" kimya holdinqinin 51%-nin alınması ilə bağlı elan edilən tenderinin yekunlarını aparıb və "SOCAR/Turcas/Injaz" alyansını qalib elan edib. İyulun əvvəlində "Transcentral Asia Petrochemical Holding" şirkəti "Petkim" kimya holdinqi ilə bağlı elan edilən tenderdə ən böyük məbləği təklif edib (2,05 mlrd. dollar), lakin Türkiyə hakimiyyətinin tənzimləyici orqanları tenderin yekunlarını ləğv edib və ikinci böyük məbləği təklif edən (2,04 mlrd. Dollar) "SOCAR/Turcas/Injaz" alyansını tenderin qalibi elan edib.

Türkiyənin özəlləşdirmə məsələləri üzrə dövət orqanının qərarı bir ay ərzində Türkiyə Respublikasının rəqabətə nəzarət ali orqanı, ekologiya, maliyyə, yanacaq və energetika nazirlikləri, həmçinin, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiq olunmalıdır.

ARDNŞ-nın işlənmə üzrə vitse-prezidenti bildirib ki, "SOCAR/Turcas/Injaz" alyansı "Petkim"in istahsal obyektlərinin yaxınlığında Türkiyə ərzisində neft emalı zavodu tikmək niyyətindədir. Zavodun emal gücü il ərzində 6 mln. ton təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti